Orban Floridada Trampla görüşüb

Orban Floridada Trampla görüşüb
  09 Mart 2024    Oxunub:905
Amerikada səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşüb.
Bu barədə Baş nazirin mətbuat katibi Bertalan Havasinin məlumat verib. Məlumata görə, onların görüşü bir saat davam edib. Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-a səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər.

Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ evə qayıtmasını arzuladığını gizlətmir. Orban ABŞ-ın keçmiş prezidentinin Ukrayna münaqişəsini həll edəcəyinə ümid bəsləyir.

AzVision.az


Teqlər: Orban   Tramp  





Xəbər lenti