Bayden “TikTok”un qadağan edilməsinə razıdır

   Bayden “TikTok”un qadağan edilməsinə razıdır
  09 Mart 2024    Oxunub:663
ABŞ prezidenti Cozef Bayden Çinin “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsinin Konqresdə qəbul ediləcəyi təqdirdə onu imzalayacaq.
Belə ki, “TikTok”un qadağan edilməsi ilə bağlı sənədi imzalayıb-imzalamayacağı sualına cavab olaraq Bayden deyib: “Əgər konqres qəbul etsə, imzalayacağam”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar. Sənəddə “ByteDance” və “TikTok” xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlar adlandırılır.

Nəşrin məlumatına görə, qanun layihəsi Çin şirkətini “TikTok”dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər. Qeyd olunub ki, şirkət “TikTok”dan imtina etməsə, onun ABŞ-da “App Store” və ya digər platformalar vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta istifadəçilərin onu yükləməsi qadağan ediləcək.

AzVision.az


Teqlər: Bayden   Tik-Tok  





Xəbər lenti