Mayk Pompeo Trampın komandasına qayıdacağını istisna etməyib

Mayk Pompeo Trampın komandasına qayıdacağını istisna etməyib
  09 Mart 2024    Oxunub:1042
Amerikanın keçmiş dövlət katibi Mayk Pompeo prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Trampın komandasına qayıdacağını istisna etməyib.
Siyasətçi bu barədə Fox News telekanalında bildirib. “Mənə təklif olunmayan işlərlə bağlı tez-tez şərh vermirəm, amma Amerika xalqına xidmət etmək şansım olsa və mən bir dəyişiklik yarada biləcəyimi hiss etsəm, demək olar ki, bu fürsətdən istifadə edəcəm”, - o bildirib.

Donald Trampın prezidentliyi dövründə Pompeo MKİ-nin direktoru və ABŞ-ın dövlət katibi vəzifələrində çalışıb.

AzVision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti