Haitidə silahlı dəstələr prezident sarayına hücum ediblər

   Haitidə silahlı dəstələr prezident sarayına hücum ediblər
  09 Mart 2024    Oxunub:1121
Haitidə silahlı dəstələr paytaxt Port-o-Prensdəki prezident sarayına hücum ediblər.
Bu barədə ABC News məlumat yayıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, martın 8-də yerli quldur dəstələri Port-o-Prinsin mərkəzində və onun ətrafında yerləşən bir neçə hökumət binasına hücuma ediblər.

Bundan başqa, cinayətkarlar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına da basqın ediblər. Şəhərdə atışma və partlayış səsləri eşidilib.

Qeyd olunub ki, Port-o-Prinsdəki prezident sarayı 2021-ci ilin iyulunda Haiti prezidenti Jovenel Moisa sui-qəsddən sonra boşdur.

AzVision.az


Teqlər:





Xəbər lenti