ABŞ-də helikopter qəzası: 3 hərbçi həlak oldu - FOTO

   ABŞ-də helikopter qəzası:    3 hərbçi həlak oldu   - FOTO
  09 Mart 2024    Oxunub:1072
ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində üç nəfər - iki əsgər və sərhəd xidmətinin bir əməkdaşı ölüb, bir əsgər yaralanıb. “Lakota UH-72” helikopteri ABŞ-Meksika sərhədi yaxınlığında, Texas ştatının La-Qrulla şəhərində qəza edib.

Hazırda hadisə yerində işlər davam edir.

“Lakota UH-72” helikopteri EADS Avropa aerokosmik konserni tərəfindən istehsal edilən yüngül çoxfunksiyalı helikopterdir və ilk uçuşunu 2006-cı ildə həyata keçirib.
AzVision.az

Qalereya




Teqlər: ABŞ  





Xəbər lenti