"X xəstəliyinin" qarşısını almaq çətin olacaq

"X xəstəliyinin" qarşısını almaq çətin olacaq
  09 Mart 2024    Oxunub:904
"Xəstəlik X" adlanan yeni potensial virusun yaranmasının qarşısını almaq çətin olacaq.
AzVision.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Dövlət Administrasiyasının rəhbəri Vanq Heşeng keçirdiyi mətbuat konfransında deyib.

"Yeni virusun qaçmaq çətin olsa da, pandemiyanın qarşısını almaq və öhdəsindən gəlmək mümkün olacaq", deyə qeyd o edib.

Vanq Heşengə görə, potensial "xəstəlik X"ın ən vacib xüsusiyyətləri yüksək patogenlik, yayılma sürətidir. Virus asanlıqla mutasiyaya uğrayır. O qeys edib ki, yeni patogenin yaranma yerini və vaxtını proqnozlaşdırmaq çox çətindir.

Qeyd edək ki, Dünya İqtisadi Forumunda qurbanların sayına görə koronavirus pandemiyasından 20 dəfə çox ola biləcək “X xəstəliyi” müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti