Şamaxıda palçıq vulkanı püskürüb

Şamaxıda palçıq vulkanı püskürüb
  09 Mart 2024    Oxunub:1182
Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində palçıq vulkanı püskürüb
AzVision.az xəbər verir ki, palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb

Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.

Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.

Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti