Rövşən Nəcəf "KazMunayGaz" sədri ilə görüşüb

   Rövşən Nəcəf "KazMunayGaz" sədri ilə görüşüb
  09 Mart 2024    Oxunub:1281
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev ilə görüşüb.
SOCAR-dan AzVision.az -a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bu xüsusda SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsinin əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirib, neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: SOCAR   Qazaxıstan   görüş  





Xəbər lenti