Qəzzada infrastruktura dəymiş ziyanın həcmi açıqlanıb

   Qəzzada infrastruktura dəymiş ziyanın həcmi açıqlanıb
  09 Mart 2024    Oxunub:1019
İsrail-HƏMAS müharibəsi nəticəsində Qəzza zolağında infrastruktura 30 milyard dollar ziyan dəyib.
AzVision.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 7-dən bəri aparılan hərbi əməliyyatların evlərə, iaşə obyektlərinə və digər infrastruktura, o cümlədən yol, elektrik, su və kanalizasiya şəbəkələrinə vurduğu ziyan 30 milyard dollardan artıqdır.

Məlumata görə, həmçinin Qəzzada evlərin 80%-i yaşamaq üçün yararsız vəziyyətə düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   infrastruktur   ziyan  





Xəbər lenti