Zərdari Pakistan prezidenti seçilib

   Zərdari Pakistan prezidenti seçilib
  09 Mart 2024    Oxunub:1428
2008-2013-cü illərdə Pakistanın prezidenti vəzifəsini tutmuş Zərdari yenidən dövlət başçısı seçilib.
AzVision.az xəbər verir ki, o, 4 vilayətin qanunverici orqanı tərəfindən ümumilikdə 411 səs toplayıb və 181 səs yığmış rəqibi Mahmud Xan Açakzayı geridə qoyub.

Baş nazir Şahbaz Şərif yeni prezidentə təbrik ünvanlayıb.

Yeri gəlmişkən, Əli Zərdari 2007-ci ildə sui-qəsd nəticəsində öldürülən keçmiş Baş nazir Bənazir Bhuttonun həyat yoldaşı idi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Pakistan   prezident  





Xəbər lenti