Tanınmış türk aktyor dünyasını dəyişib

   Tanınmış türk aktyor dünyasını dəyişib
  09 Mart 2024    Oxunub:1431
Məşhur türkiyəli aktyor Kayhan Yıldızoğlu bu gün 90 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy sosial media hesabında məlumat yayıb.

Aktyorun dəfn mərasimi martın 11-də baş tutacaq.

1933-cü ildə İstanbulda dünyaya gəlmiş Kayhan Yıldızoğlu 250 ekran işində, o cümlədən "Qara Murad", "Malkoçoğlu", "Tarxan", "Üç dost" kimi filmlərdə, eləcə də "Selena", "Adanalı", "Kurtlar Vadisi Pusu" və s. seriallarda müxtəlif rolları canlandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   aktyor   vəfat  





Xəbər lenti