Bu gün Rusiya vətəndaşları Gəncədə səs verəcəklər
“Paytaxt rayonundan xeyli aralıda yerləşən Rusiya Federasiyası vətəndaşlarının rahatlığı üçün Gəncə şəhərində erkən səsvermə imkanı təmin edilib. 10 mart 2024-cü il saat 10:00-dan 18:00-dək qədər şəhər administrasiyasında səs vermək mümkündür”, – məlumatda deyilir.
Martın 17-də isə Azərbaycanda bir seçki məntəqəsi fəaliyyət göstərəcək və bu məntəqə Rusiyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsinin binasında açılacaq.
Səsvermə yerli vaxtla saat 08:00-dan 20:00-dək keçiriləcək. Rusiya vətəndaşları etibarlı xarici və ya daxili pasport təqdim etməklə səs verə biləcəklər.
Xatırladaq ki, Federasiya Şurası Rusiya prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.
AzVision.az
Teqlər: