Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

   Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq
  10 Mart 2024    Oxunub:1558
Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək”, - Tokayev qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti