Sabahdan imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

 Sabahdan imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq
  10 Mart 2022    Oxunub:2073
Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
Bu barədə AzVision.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti