Mingəçevirdəki qətllə bağlı cinayət işi başlanıb

   Mingəçevirdəki qətllə bağlı cinayət işi başlanıb
  10 Mart 2024    Oxunub:1100
Martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.
Mingəçevirdə 37 yaşlı qadın bıçaqlandı - Keçmiş ər saxlanıldı


Araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti