Zarafat etmək istədi, "tok" vurdu

   Zarafat etmək istədi,    "tok" vurdu
  11 Mart 2024    Oxunub:1184
Ağstafa rayonunda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində 2006-cı il təvəllüdlü Həsənzadə Elvin Ömər oğlunu elektrik cərəyanı vuraraq öldürüb. Meyit tibbi ekspertizaya aparılıb.

Ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər:





Xəbər lenti