Həkimlərimizdən daha bir uğurlu əməliyyat
Talassemiya major xəstəliyinə bağlı müntəzəm olaraq qan köçürülmə ehtiyacı yaranır ve bu xəstələrdə digər sistemik problemlərə tez-tez rast gəlinir. Baş verəbiləcək fəsadların qarşısını almaq üçün əməliyyatdan öncə xəstəyə klinikamızın pediatr, hematoloq, kardioloq, endokrinoloq və anesteziyoloqlarının multidisipliner yanaşması ilə müayinələrdən keçirildi.
Xəstə uzman həkim Ziya Şəmmədli tərəfindən açıq redüksiya internal fiksasiya ve ulnar sinirin transpozisiyası cərrahi əməliyyatı olunub. Perop qanköçürmə ehtiyacı qarşılandı.
Əməliyatdan sonrakı məsləhətlər verilərək xəstə evə buraxıldı.
Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli, həkim-cərrah Ziya Şəmmədli və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.
AzVision.az
Teqlər: