Qobuda itlərin parçaladığı uşaq palataya köçürülüb

   Qobuda itlərin parçaladığı uşaq palataya köçürülüb
  11 Mart 2024    Oxunub:974
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış massivi sahibsiz itlərin parçalarını 9 yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, onun vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, quduzluq əlamətləri yoxdur.

Qeyd edək ki. “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında itlər azyaşlı uşağın üstünə hücum edib . Klinik Tibbi Mərkəzə gətirilən azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib, təcili əməliyyata götürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti