Bakı Fond Birjasında “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” keçirilib

Bakı Fond Birjasında “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” keçirilib
  09 Mart 2024    Oxunub:989
7 mart 2024-cü il tarixində “Bakı Fond Birjası” (BFB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi ilə “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimi keçirilib.
Tədbir “Bakı Fond Birjası”nın İdarə Heyətinin üzvü Mehman Ramazanovun açılış niqti ilə başlayıb. Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini yerinə yetirən Ms. Alessandra Roccasalvo, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin Əməkdaşlıq üzrə regional direktor müavini, missiya üzrə rəhbərin müavini cənab Alberto Hernandez, “Qadınların Maliyyə İmkanlarının Gücləndirilməsi” üzrə proqram analitiki Nani Bendeliani, Azərbaycan Respublikasının Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin nümayəndəsi Fəridə Vəliyeva, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Maliyyə Departamentinin rəhbəri Səkinə Kərimova, Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva, “Finca Azerbaijan” şirkətinin Baş Kommersiya rəhbəri Şəhriyar Osmanov, PAŞA Kapital İnvestisiya şirkətinin nümayəndəsi Sunar İsmayılova, “Access Bank” Xəzinədarlıq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Dinara Javadova, “Yelo Bank” İnsan Resurslarının İdarə Edilməsi departamentinin rəhbəri Nigar İbadzadə, “ABB-İnvest İnvestisiya Şirkəti”nin nümayəndəsi Xalidə Sadıqova, BMTİP qlobal təşəbbüs proqramı olan Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi Prinsipləri/WEPs üzrə ekspert Fidan Qasımova çıxış ediblər.

Tədbirin iştirakçıları “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimlərinin cəmiyyətdə gender bərabərliyinin inkişafına, işgüzar məkanda və korporativ səviyyədə qadınların səlahiyyətlərinin artırılmasına müsbət təsir göstərəcəyini bildiriblər.

Sonda qonaqların iştirakı ilə açılış zəngi çalınıb.

Qeyd edək ki, “Bakı Fond Birjası” BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə 2020-ci ildən etibarən əməkdaşlıq edir. Hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” mərasimini həyata keçirirlər. Azərbaycanda QSG/WEPs -in təşviqi BMTIP-in Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Gücləndirilməsi” layihəsi tərəfindən həyata keçirilir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti