"Gürcüstanda müsəlmanlara qarşı zorakılıq halı araşdırılır" - Səyyad Aran

   "Gürcüstanda müsəlmanlara qarşı zorakılıq halı araşdırılır" -    Səyyad Aran
  11 Mart 2024    Oxunub:1066
Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələrinin müsəlmanlara qarşı zorakılıq tətbiq etməsi və müsəlmanların namaz qılmasına mane olması hadisə ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən araşdırma başlanılıb.
Bunu AzVision.az -a açıqlamasında Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Aran deyib.

"Gürcüstanda müsəlman qardaşlarımıza qarşı edilən hərəkətdən xəbərdarıq və araşdırma aparılır. Artıq işçilər qarşı tərəflə əlaqə saxlayır. Məlumatlar toplanandan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək".

Qeyd edək ki, xristian dini icmasının bəzi nümayəndələrinin müsəlmanlara qarşı zorakılığından sonra Gürcüstanın rəsmi qurumlarını hərəkətə keçib .

Hadisə ilə bağlı ilk olaraq Gürcüstan Müsəlmanları İdarəsi bəyanat yayıb. Bəyanatda deyilir ki, dini etiqad azadlığı Gürcüstan Konstitusiyası ilə qorunur. Buna uyğun olaraq, hər bir vətəndaş Konstitusiyaya və bir-birinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dəyərlərinə hörmətlə yanaşmalıdır.

İdarənin bəyanatından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi bəyanat yayaraq bu hadisəni pisləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti