Masallıda qadın və iki azyaşlı oğlu dəm qazından öldü

 Masallıda qadın və iki azyaşlı oğlu dəm qazından öldü
  11 Mart 2024    Oxunub:1552
Masallıda 3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Masallı rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti