Kosmik hava proqnozu açıqlanıb
Hazırda Günəş küləyinin sürəti normaldır (389 kilometr/saniyə). Geomaqnit qasırğası baş verməyib. Martın 11-dən 17-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.
Günəş küləyinin sürətinin martın 11-12-də bir qədər artacağı sonra isə normala dönəcəyi gözlənilir.
Geomaqnit sahəsinin martın 11-12-də tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə qeyri-sabit və sakit səviyyələrdə olacağı gözlənilir. Martın 13-də isə TKA-nın təsiri ilə G1 (zəif) səviyyəsinə yüksəlməsi ehtimalı var.
AzVision.az
Teqlər: