Şəkidə yeni doğulan körpə ölüb

   Şəkidə yeni doğulan körpə ölüb
  11 Mart 2024    Oxunub:924
Şəkidə yeni doğulan körpə ölüb.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 13.02.2024-cü il tarixində 1999-cu il təvəllüdlü qadın Şəki Rayon Mərkəzi Xəstəxanasında 34 həftəlik körpə dünyaya gətirib.

"Bətndaxili infeksiya ilə erkən doğulan körpə küvəzə yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilməsinə baxmayaraq, 09.03.2024-cü il tarixində saat 11:45 radələrində tənəffüs çatışmazlığı, dəqiqləşdirilməmiş anadangəlmə pnevmoniya, bətndaxili infeksiya, beyin ödəmi, perinatal hemotoloji pozuntular diaqnozu ilə ölüm faktı qeydə alınıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti