Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru Bakıdadır
Bu ilin sentyabrında ölkəmizdə keçiriləcək IAP-ın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.
Baş prokuror həmçinin bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verərək, İAP-ın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyini vurğulayıb.
Yanne Holst Hübner səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarının rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkürünü bildirib.
İcraçı direktorun ölkəmizə işgüzar səfəri davam edir.
AzVision.az
Teqlər: Baş-prokurorluq görüş