Milli Məclisdə Gürcüstan parlamentinin komitə sədri ilə görüş keçirilib
Təhsil sahəsi üzrə Azərbaycan və Gürcüstan arasında ciddi inkişafın müşahidə olunduğunu bildirən A.Nağıyev Azərbaycanın aparıcı universitetləri ilə Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığı qeyd edib.
Həmçinin iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdıran işçi qrupun rəhbəri parlament sədrlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını deyib.
Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Anar İsgəndərov və Kamilə Əliyeva ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.
Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadze iki ölkə arasında möhkəm dostluq münasibətlərinin inkişafından söz açıb. O, əlaqələrin genişlənməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb. Komitə sədri iki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyinin artmasını sevindirici hal kimi qiymətləndirib.
Söhbət zamanı həmçinin qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.
AzVision.az
Teqlər: Azərbaycan Gürcüstan parlament görüş