Feyk məlumatlarla bağlı valideynlərə çağırış: "Məsələ nəzarətdədir"

  Feyk məlumatlarla bağlı valideynlərə çağırış:  "Məsələ nəzarətdədir"
  12 Mart 2024    Oxunub:1113
Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.
AzVision.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

"Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq", - açıqlamada qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti