Keçmiş kraliça geyim dizayn edəcək

 Keçmiş kraliça geyim dizayn edəcək
  12 Mart 2024    Oxunub:1073
Danimarkanın keçmiş kraliçası balet tamaşası üçün geyim dizayn edəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Kraliça II Marqret 1972-ci ildə atasının ölümündən sonra taxta çıxıb və yarım əsr Danimarkada hakimiyyəti idarə edib. Lakin kraliça taxt-taca çıxmasının 52-ci ildönümündə vəzifəsindən imtina etmək barədə gözlənilməz qərar verib və yanvarın 14-də keçirilən mərasimdə onun yerini oğlu Frederik tutub.

Keçmiş kraliça isə bundan sonra balet tamaşası üçün geyim dizayn edəcək.

O, artıq Kopenhagendəki məşhur Tivoli bağlarında Pantomima Teatrında nümayiş etdiriləcək və danimarkalı yazıçı Hans Kristian Andersenin "Yolsuz Hans" nağılından uyğunlaşdırılacaq baletin kostyumları və dekorasiyası üçün qollarını çırmalayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti