Şabranda ana və körpə doğuş zamanı ölüb - YENİLƏNİB
Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
* * *
18:41
Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, 9 aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb.
Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının 3-cü hamiləliyi olub. O, həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: hadisə