Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyasının III iclası keçiriləcək
"Sabah Bakıda Hökumətlərarası Komissiyanın üçüncü iclasını keçirəcəyik. Xorvatiyanın iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün bu gün axşam Bakıya gələcək. O, Azərbaycanın mədəniyyət naziri (Azərbaycan tərəfdən komissiyanın həmsədri), eləcə də iqtisadiyyat naziri ilə danışıqlar aparacaq", - səfir əlavə edib.
Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2021-ci ilin oktyabr ayında Zaqrebdə keçirilib.
AzVision.az
Teqlər: Azərbaycan Xorvatiya hökumət iclas