34 milyonluq narkotik dövriyyədən çıxarılıb

34 milyonluq narkotik dövriyyədən çıxarılıb
  13 Mart 2024    Oxunub:1132
Azərbaycanda bu ilin son iki ayında 35 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanıb. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin 156 kq 764,35 qr-nı heroin, 956 kq 069,646 qr-nı marixuana, 22 kq 542,606 qr-nı tiryək, 22 kq 849,45 qr-nı həşiş, 53 kq 320,665 qr-nı psixotrop maddələr, 1 kq 416,6 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 186,3 qr güclü təsir edən maddə və 6 ədəd çətənə kolu qanunsuz dövriyyədən götürülüb.

2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 96 kq 387,564 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 43 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 500 kq 432,751 qr və 690 ədəd həb metadon narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 254 kq 730,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 55, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 93, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7, qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 138 kq 741,97 qr azalmış, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti