Nigeriyada silahlılar 60-dan çox insanı oğurlayıb

Nigeriyada silahlılar 60-dan çox insanı oğurlayıb
  13 Mart 2024    Oxunub:916
Nigeriyanın şimalında azı 61 kənd sakini silahlılar tərəfindən oğurlanıb.
Bu barədə Nigeriyanın “Premium Times” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, yaraqlılar gecə saatlarında Kaduna ştatında yerləşən Buda kəndinə hücum ediblər. Onlar evləri gəzib, soyğunçuluqla məşğul olub və kənd sakinlərini girov götürərək naməlum istiqamətə aparıbılar. Səlahiyyətlilər oğurlanmış şəxslərin axtarışına başlayıb.

2024-cü ildə Nigeriyada fidyə tələb olunan qaçırılan insanların sayı artıb. Belə ki, martın 7-də Kaduna ştatında quldurlar 287 məktəbli və müəllimi əsir götürərək naməlum istiqamətə aparıblar. İki gün sonra quldurlar Sokoto ştatında 15 məktəblini qaçırılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti