“Naxçıvan” aeroportu “AZAL”ın tabeliyinə verilib

   “Naxçıvan” aeroportu “AZAL”ın tabeliyinə verilib
  13 Mart 2024    Oxunub:1338
“Naxçıvan” Beynəlxalq Hava Limanının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.
AzVision.az -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti