Əhali ərzağa nə qədər xərcləyib?
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1 %-i ərzaq məhsullarının, 5,1 %-i içkilər və tütün məmulatlarının, 15,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 %-i avtomobil benzini və dizel yanacağının, 4,7 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ini təşkil edib. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,6 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 2,7 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manatlıq, o cümlədən 232 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188 manatlıq qeyri-ərzaq malları alıb.
AzVision.az
Teqlər: