Avropa Parlamenti Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı qətnamə qəbul edib

   Avropa Parlamenti Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı qətnamə qəbul edib
  13 Mart 2024    Oxunub:1015
Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı nəzərdə tutan qətnamə qəbul edib.
AzVision.az xəbər verir ki, qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib. 32 deputat isə bitərəf qalıb.

Beləliklə, sözügedən qətnamə qəbul edib.

"Ermənistan namizəd statusu almaqda maraqlıdırsa, sabit islahatlarla demokratiyasını gücləndirmək istəyirsə, bu, Aİ-Ermənistan münasibətlərində yeni bir keçid mərhələsi üçün əsas sayıla bilər", - qətnamədə vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa   Ermənistan   qətnamə  





Xəbər lenti