Külli miqdarda dələduzluq edən qadına hökm oxunub
G.Mirzəyeva zərərçəkmiş şəxslərin inamını qazanaraq onlardan müvafiq 205 600, 85 000, 25 000, 73 000, 58 000, 98 200 və 31 000 manat dəyərində (ümumilikdə 575 800 manatlıq) qızıl-zinət əşyaları və ya nağd pul alıb. Verdikləri pulu və ya qızılları geri ala bilməyən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər.
Məhkəmədə G.Mirzəyeva şikayətçilərdən yalnız biri ilə bağlı əməlini təsdiq edib. Digər şəxslərlə arasında borc məsələsinin olmasını iddia edib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsi Gülnarə Mirzəyevanı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilərək ona 8 il müddətə həbs cəzası verib.
AzVision.az
Teqlər: cinayət dələduzluq məhkəmə