Bahar Muradova Goranboyda vətəndaşları qəbul edib - FOTOLAR

Bahar Muradova Goranboyda vətəndaşları qəbul edib -    FOTOLAR
  13 Mart 2024    Oxunub:958
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 13-də Goranboy rayonunda vətəndaşlarla görüşüb.
Bu barədə AzVision.az -a komitədən məlumat verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilən görüşdə Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən ailədaxili münasibətlər, uşaqların müalicəsi, alimentin ödənilməsi, işlə təmin olunma, boşanma nəticəsində yaranan hüquqi problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Vətəndaşların komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq icraata götürülüb.


AzVision.az


Teqlər: komitə   qəbul  





Xəbər lenti