Bakıda "Türk Dövlətləri İqtisadi Forumu 2024" keçiriləcək

Bakıda "Türk Dövlətləri İqtisadi Forumu 2024" keçiriləcək
  14 Mart 2024    Oxunub:1230
Mayın 2-3-də Bakıda "Türk Dövlətləri İqtisadi Forumu 2024" keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, forum İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türk Dövlətləri Təşkilatının və Yazılım Sənayeçiləri Dərnəyinin (YASAD) tərəfdaşlığı, KOBSKA və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq: "Türkdilli ölkələr arasında ilk dəfə keçiriləcək tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədini daşıyır”.

O qeyd edib ki, tədbirə BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Qətər, Rusiya və Misir kimi ölkələrdən də investorların qatılması planlanır: “Tədbirə təxminən 1000-dən çox ziyarətçinin qatılması gözlənilir".
AzVision.az

Qalereya




Teqlər: Forum  





Xəbər lenti