Mühəndislik Akademiyası və Penitensiar xidmət əməkdaşlığa başlayıb

   Mühəndislik Akademiyası və Penitensiar xidmət əməkdaşlığa başlayıb
  14 Mart 2024    Oxunub:1100
Azərbaycan Mühəndislik Akademiyası ilə Penitensiar xidmət arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq çərçivəsində müasir texnika və texnologiyaların tətbiqi istiqamətində görüş keçirilib.
Bu barədə AzVision.az -a Azərbaycan Mühəndislik Akademiyasından məlumat verilib. Görüşdə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov, Elm-İstehsalat Birliyinin Baş direktoru, akademiyanın üzvü Kamal Əskərov, Penitensiar xidmətin rəisi general-mayor Mirsaleh Seyidov və müavini general-mayor Oqtay Məmmədov iştirak edib.

Görüşdə Penitensiar xidmətin bölmələri üçün maraq doğuran müasir texnika və texnologiyalar ətrafında geniş müzakirə aparılıb və onlara avadanlıqların kataloqları təqdim olunub.

Tərəflər işçi qrupların təşkil edilməsi, müzakirələr aparılması və yekunda qarşılıqlı maraq çərçivəsində əməkdaşlıq müqaviləsinin bağlanılması barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: Mühəndislik-Akademiyası   Penitensiar-xidmət  





Xəbər lenti