YAP-da qanvermə aksiyası keçirilib
Mərkəzi Qan Bankının nümayəndəsi Namirə Abbasova Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünün humanist addım kimi mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, mütəmadi olaraq təşkil edilən belə aksiyaların məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir.
Qana həmişə ehtiyac olduğunu vurğulayan N.Abbasova deyib:
“Çünki qanı heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Qanvermənin bir çox faydaları var. Bu, təzyiq xəstələri üçün xeyirlidir, eləcə də infarkt riskini aşağı salır. Ən əsası, insanlar bununla qana ehtiyacı olanlara yardım edirlər. Yeni Azərbaycan Partiyası qanvermə aksiyalarına hər zaman dəstək olur. Budəfəki təşəbbüsünə görə də partiyanın Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.
Aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla, 300-dən çox YAP üzvü iştirak edir.
AzVision.az