Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

   Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
  14 Mart 2024    Oxunub:885
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib.
Bu barədə AzVision.az -a DİM-dən xəbər verilib.

Bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

AzVision.az


Teqlər: DİM   magistratura   imtahan  





Xəbər lenti