Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda çıxış edib
İllər öncə qlobal təhdidlərlə mübarizə üçün mövcud olan bir sıra alətlərin, o cümlədən beynəlxalq təşkilatların bu gün yalnız məhdud sayda ölkənin maraqlarının ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən mexanizmləri qeyri-effektiv etməklə yanaşı, onlara olan inamın sarsılmasına gətirib çıxardığı vurğulanıb.
Müasir beynəlxalq münasibətlər sisteminin öz milli maraqları, narahatlıqları olan çoxsaylı müstəqil ölkələrdən, yerləşdikləri bölgədə regional aktor, habelə "orta dövlət"ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk edilməsinin əhəmiyyəti qeyd olunub.
Mövcud mexanizmlərin isə daha çox klassik çağırışlara cavab olaraq təsis edildiyi üçün iqlim dəyişikliyi kimi müasir, süni intellekt kimi qeyri-ənənəvi çağırışlarla mübarizədə məhsuldar ola bilmədiyi diqqətə çatdırılıb.
Hazırkı beynəlxalq münasibətlər konyukturunda mövcud beynəlxalq instrumentlərin özünü doğrultmaması fonunda ölkəmizin regional əməkdaşlığın inkişafına, xüsusilə qonşu dövlətlərlə tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.
AzVision.az