61 yaşlı şəxs dələduzluğa görə saxlanılıb
Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib. H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
AzVision.az
Teqlər: cinayət dələduzluq