Gürcüstanın Baş naziri ölkəmizə gələcək

   Gürcüstanın Baş naziri ölkəmizə gələcək
  14 Mart 2024    Oxunub:789
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, gələn həftə isə Ermənistana yollanacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O, qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsinin Gürcüstan hökuməti üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.

“Təsadüfi deyil ki, Brüsselə səfərdən sonra qonşu ölkələrdə də görüşlər keçiriləcək. Şənbə günü Azərbaycana, gələn həftə isə Ermənistana səfər olacaq. Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir və bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb. Ona görə də ikitərəfli münasibətlərin dərinləşdirilməsi, regionumuzda - Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək”, - Kobaxidze deyib.

AzVision.az


Teqlər: Azərbaycan   Gürcüstan   Baş-nazir   səfər  





Xəbər lenti