XİN rəhbəri IRENA-nın baş direktorunu qəbul edib
Görüşdə “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, eləcə də Azərbaycandan elektrik enerjisinin Avropaya ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsinin alternativ enerji sahəsində əlavə əməkdaşlıq imkanları yaradacağı vurğulanıb.
IRENA-nın baş direktoru Françesko La Kamera Azərbaycan ilə təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az