BMT-nin prezidenti: COP29 bizə yeni fürsətlər açacaq
“COP29-a çox inanıram, əminəm ki, COP28-in məntiqi davamı olacaq və çox inamlı və iddialı təkliflər irəli sürəcək. Yumşaldılma və uyğunlaşma tədbirləri üçün yeni səylər olacaq. Yaşadığımız zamanı nəzərə alaraq fundamental insan hüquqları və gender bərabərliyinin tərəfdarı olmalıyıq.
Gələcəyə təsir edən məsələləri hər kəs deməlidir. Ümid edirəm ki, sessiya çox səmərəli təkliflərlə yadda qalacaq. Gələcəyə nikbin baxmalı, əlimizdən gələni edib DİM məqsədlərinə nail olmalı, sülhü bərqərar etmək üçün təklifləri əsirgəməməliyik. COP29 bizə lazım olan transformasiyanı gətirəcək, qarşımızda duran taleyüklü məsələlərə yol göstərəcək".
D.Fransis çıxışı zamanı Azərbaycan hökumətinə təşəkkür edib.
AzVision.az
Teqlər: