İlham Əliyev İsrailin sabiq nazirini qəbul edib

   İlham Əliyev İsrailin sabiq nazirini qəbul edib
  15 Mart 2024    Oxunub:701
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib.
AzVision.az -ın məlumatına görə, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.

Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.

AzVision.az


Teqlər:





Xəbər lenti