Xarici işlər naziri qeyd edib ki, Azərbaycan regionda sülhün bərpasına sadiq qalır.
Onun sözlərinə görə, son vaxtlar iki ölkə liderləri səviyyəsində, eləcə də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib: “Bu görüşlər sülh sazişinin irəliləməsi məsələsində zəmin yaradır və iki ölkənin siyasi məsələlərinə yanaşmanın sadəliyini təmin edir”.
Nazir vurğulayıb ki, Azərbaycan beynəlxalq aktorların ədalətli və qərəzsiz şəkildə birbaşa ikitərəfli danışıqları dəstəkləyəcəyinə ümid edir.
AzVision.az