"Sanki ağızda acı dad təsiri bağışlayır" - Juninyo
Juninyo ikinci hissədə əvəz olunmasından narazı qalmadığını bildirib: "Oyunun hansı sürətdə keçdiyini özünüz gördünüz. Bir az yorğunluq var idi. Buna baxmayaraq, bu cür oyunlarda hamı sona qədər meydanda olmaq istəyir. Amma mən də, baş məşqçimiz də yorğun olduğumu bilirdi. Bu, oyunun bir hissəsidir, belə məqamlar olur".
27 yaşlı hücumçu "Qarabağ" da qalmaq istəyin nə dərəcədədir" sualına belə cavab verib: "Onu deyə bilərəm ki, olduğum yerdə çox xoşbəxtəm. Təmsil etdiyim ölkəyə görə, oynadığım kluba görə qürurluyam. Eyni zamanda gəldiyim kluba tez bir zamanda adaptasiya oldum. Bu futboldur, hər şey ola bilər. İndi biz yerli çempionata köklənməli, mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər və biz buna hazır olmalıyıq".
AzVision.az
Teqlər: