"Rəqəmsal texnologiyalar həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır" - Nazir

   "Rəqəmsal texnologiyalar həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır" -    Nazir
  15 Mart 2024    Oxunub:704
“Səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi".
AzVision.az xəbər verir ki, XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” adlı panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib: O qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub.

"Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə, fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti