Fidan: "Azərbaycan və Ermənistan sülh müqaviləsinə çox yaxındır"

      Fidan:    "Azərbaycan və Ermənistan sülh müqaviləsinə çox yaxındır"
  15 Mart 2024    Oxunub:619
"Beynəlxalq qaydalara söykənən sistem yaratmalıyıq. Cənubi Qafqazda Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk qrupu 30 il danışıqlara cəlb olunmuşdu. ATƏT isə münaqişəni həll etmək əvəzinə, danışıqları uzatmağa çalışırdı. Beləliklə, Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə antiterror tədbirləri zamanı Azərbaycan ərazi bütövlüyünü təmin etdi".
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.

Türkiyə XİN-in rəhbəri Azərbaycanın və Ermənistanın indi sülh müqaviləsinə çox yaxın olduğunu vurğulayıb. Nazir, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyinə etiraz etdiyini də diqqətə çatdırıb.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Qlobal-Forum  





Xəbər lenti